Taekvondoçular arasında açıq rayon birinciliyi keçiriləcək
Aprelin 11-dən 13-dək Göyçay Olimpiya İdman Kompleksində yeniyetmə taekvondoçular arasında açıq rayon birinciliyi keçiriləcəkdir.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) AzərTAc-a bildirmişlər ki, Göyçay Rayon Gənclər və İdman Baş İdarəsinin və ATF-nin birgə təşkil etdikləri turnirdə paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrinin yeniyetmə oğlan və qız idmançıları 11 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Yarışın qaliblərinə diplom, medal və müxtəlif hədiyyələr təqdim olunacaqdır.

Xəbər 794 dəfə oxundu.