Əvəzedicilərin çempionatında rekord göstərici
“İnter”in əvəzedici komandası Azərbaycan rekorduna imza atıb.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, "bankirlər" “Simurq”u 6:0 hesabı ilə məğlub edərək mövsümdə vurduğu qolların sayını 82-yə çatdırıb.

İndiyədək əvəzedicilərin ölkə birinciliyində heç bir komanda bu qədər qol vurmamışdı. 1997/1998 mövsümündə keçirilən və 2008/2009 mövsümündən etibarən bərpa olunan yarışların rekordu bunadək də “İnter”ə məxsus idi.

Bakılılar 2009/2010 mövsümündə 32 oyuna 81 qol vurmuşdu. Həmin rekordunu 1 top yaxşılaşdıran paytaxt təmsilçisi mövsümün son 7 oyununda nailiyyətini daha da artıra bilər.

Qeyd edək ki, 2010/2011 mövsümündə “Bakı” 78 qol (32 oyun), 2011/2012 mövsümündə “Neftçi” 73 qol (32 oyun) vurmaqla məhsuldarlıqda ilk “dördlük”də yer alıb.

Xəbər 759 dəfə oxundu.