Noyer: "Bundesliqa bizim üçün önəmsizdir"
"Bavariya" klubunun qapıçısı Manuel Noyer Bundesliqada 53 oyun sonra məğlub olduqları "Ausburq"la matç barədə fikirlərini bölüşüb.

"Kicker"ə danışan almaniyalı qolkiper Bundesliqanın artıq onlar üçün önəmsiz olduğunu bildirib:

"Təbii ki, məğlubiyyət yaxşı nəticə deyil. Lakin artıq Bundesliqa bizim üçün önəmsizdir. Çünki çempionluğu erkən bayram etmişik. İndi bizi qarşıda ölkə kuboku və Çempionlar Liqasında vacib oyunlar gözləyir. Bu matçlara ciddi hazırlaşırıq".

Qeyd edək ki, Bundesliqanın son turunda "Ausburq"la qarşılaşan "Bavariya" 53 oyun sonra məğlubiyyətlə üzləşib - 0:1.

Xəbər 770 dəfə oxundu.