“Real”a yenə dörd qol vurmaq istəyirəm”
“Borussiya”nın hücumçusu Robert Levandovski sabah “Real”a qarşı keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu ərəfəsində iddialı açıqlama verib

Polşalı hücumçu ilk matçdakı 0:3 hesablı məğlubiyyətlərinə baxmayaraq, təkrar görəşə ciddi kökləndiklərini və yarımfinala çıxmaq üçün sonadək mübarizə aparacaqlarını deyib.

“Mən bu oyunda da “Real”a dörd qol vurmaq istəyirəm (Levandovski ötən mövsüm ÇL-in 1/4 finalında “Real”a 4:1 hesabı ilə qalib gəldikləri oyunda dörd qol vurmuşdu – red.). Əlbəttə, həm bu qədər qol vurmağımın, həm də növbəti mərhələyə çıxmağımızın nə qədər çətin olduğunu başa düşürəm. Amma biz yarımfinala çıxacağımıza inanırıq” – deyə o bildirib.

Xəbər 722 dəfə oxundu.