Samboçular Hövsanda yarışıblar

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında sambo üzrə Bakı şəhər açıq birinciliyi keçirib.

Birincilikdə 11 idman cəmiyyəti və klubun 121 idmançısı 10 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparıb. Yarışda Vaqif Mirzəyev (48 kq, “Neftçi” İSM), Asim Əliyev (52 kq, “Pəhləvan” İK), Şəhriyar Məmmədli (57 kq, “Zenit” İSM), Orxan Qarayev (62 kq, “Neftçi” İSM), Nemət Şükürov (68 kq, “Neftçi” İSM), Orxan Bayramlı (74 kq, “Lokomotiv” İSM), Rəşad Əliyev (82 kq, 11-li UGİM), İmran İmanov (90 kq, “Neftçi” İSM), Əlimurad Muradov (100 kq, “Zenit” İSM), Emin Həsənov (+100 kq, 11-li UGİM) layiq görülüblər.

Qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 2214 dəfə oxundu.