Yunan-Roma güləşi yığmamız Avropa üçüncüsü oldu
Finlandiyanın Vantaa şəhərində keçirilən Avropa çempionatı başa çatıb. Çempionatın son iki günündə mübarizə aparan yunan-Roma güləşçiləri 2 gümüş və 2 bürünc medal qazanıblar.

Gümüş medalları Həsən Əliyev (66 kq) və Rəsul Çunayev (71 kq), bürünc medalları isə, Kamran Məmmədov (59 kq) və Elvin Mürsəliyev (71 kq) əldə edib.

Ümumilikdə, 38 xal toplayan yunan-Roma güləşi yığmamız komanda hesabında Avropa çempionatını üçüncü sırada tamamlayıb. İlk sırada 54 xalla Rusiya, ikinci sırada isə 46 xalla Türkiyə yığmaları qərarlaşıb.

Xəbər 921 dəfə oxundu.