Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 296 boksçu iştirak edəcək
2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 296 boksçu iştirak edəcəkdir. Onlardan 216-sı kişi, 80-i isə qadın olacaq.

196 boksçu “Bakı-2015”-ə təsnifat mərhələsini keçməklə düşə biləcək. Daha 70 boksçu Avropa reytinqinə əsasən, turnirdə iştirak hüququ qazanacaq. Həmin reytinq cədvəli iyunun 30-da açıqlanacaq.

Azərbaycan oyunlara ev sahibliyi edən ölkə kimi 15 boksçu ilə mübarizə aparacaqdır. Onlardan 10-u kişi, 5-i qadın olacaqdır. Daha 15 iştirakçı isə güzəştli kart qazanmaqla mübarizəyə qoşula biləcək.

“Bakı-2015”-də iştirak hüququ qazanacaq qadın boksçuların yekun siyahısı 2014-cü il iyunun 30-da bəlli olacaq. Kişi boksçuların tam siyahısı isə 2015-ci ilin martın 31-də açıqlanacaq.


Xəbər 1021 dəfə oxundu.