Anelka Ronaldinyonun komandasına keçdi
Nikolya Anelka karyerasını Braziliyada davam etdirəcək. Fransalı forvard "Atletiko Mineyro" ilə müqavilə imzalayıb. Bu barədə klub prezidenti Aleşandre Kalil öz tvitter səhifəsində məlumat yayıb. Xatırladaq ki, 35 yaşlı futbolçu azad agent statusu daşıyırdı. Mart ayında Anelka "Vest Bromviç"in heyətindən kənarlaşdırılmışdı.

Xəbər 786 dəfə oxundu.