Güləşçimiz erməni həmkarına qalib gəlib Avropa çempionu oldu
Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, yarışın 4-cü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparıb.

Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edib. Güləşçilərimiz 1 qızıl medal qazanıb.

70 kq-da Ruslan Dibirhacıyev 1/8 finalda Belarusdan olan Anton Afanasyevi 10:2 hesabıyla, 1/4 finalda macar İstvan Qulyası 6:2 hesabıyla məğlub edib. Onun yarımfinaldakı rəqibi türkiyəli Yakup Gör olub. Gərgin keçən qarşılaşma təmsilçimizin 5:4 üstünlüyü ilə başa çatıb. Finala yüksələn Ruslan Dibirhacıyevin rəqibi erməni güləşçisi Qriqor Qriqoryan olub. Rəqibinə heç bir şans verməyən güləşçimiz vaxtından əvvəl qələbə qazanıb və Avropa çempionu olub.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov mübarizəyə 1/16 finaldan başlayıb. O, moldovalı Pyotr Yanulovla gərgin keçən qarşılaşmadan üstün ayrılıb. 1/8 finalda Həmzət türkiyəli Fırat Birincini asanlıqla mübarizədən kənarlaşdırıb - 10:0. 1/4 finalda güləşçimiz macar İstvan Vereblə görüşdən məğlub ayrılıb və mübarizəni dayandırıb.

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Anton Afanasyev (BLR) 10-2
1/4 final - İstvan Gulyas (HUN) - Ruslan Dibirhacıyev 2-6
1/2 final - Ruslan Dibirhacıyev - Yakup Gör (TUR) 5-4
FİNAL - Qriqor Qriqoryan (ARM) - Ruslan Dibirhacıyev 2-12

86 kq
1/16 final - Pyotr Yanulov (MDA) - Həmzət Osmanov 4-4*
1/8 final - Fırat Binici (TUR) - Həmzət Osmanov 0-10
1/4 final - İstvan Vereb (HUN) - Həmzət Osmanov 4-1

Xəbər 1044 dəfə oxundu.