"Liverpul"dan Marseloya 30 milyon avro
"Real" (Madrid) klubunun müdafiəçisi Marselo İngiltərədən təklif alıb.

Braziliyalı futbolçu "Liverpul"un maraq dairəsinə düşüb.

Liverpul təmsilçisinin baş məşqçisi Brendan Rocers yeni mövsümdən 25 yaşlı futbolçunu komandasında görmək istəyir. "Liverpul" klubu bu istəyə uyğun olaraq Marselonun transferi üçün hərəkətə keçib. "Mersisaydlılar" təcrübəli futbolçu üçün qarşı tərəfə 30 milyon avro təklif ediblər. Madrid klubu hələlik bu təklifə münasibət bildirməyiblər.

Qeyd edək ki, 2007-ci ildən "Real"ın şərəfini qoruyan Marselo keçirdiyi 193 oyunda 15 dəfə rəqib qapılarına yol tapıb

Xəbər 796 dəfə oxundu.