"Bavariya" çempion olduqdan sonra arxayınlaşıb"
"Bavariya" klubunun müdafiəçisi Dante maraqlı fikirləri ilə diqqət çəkib.

Klubun rəsmi saytına danışan braziliyalı futbolçu komandasının Bundesliqada çempion olmasından sonra arxayınlaşdığını bildirib:

"Bundesliqada çempion olduqdan sonra komanda bir qədər arxayınlaşıb. Ancaq biz yenidən təşəbbüsü ələ alıb, öz oyunumuzu nümayiş etdirməliyik. Ayağımızı qazdan (pedal) çəkmək niyyətində deyilik. Qarşıdakı "Mançester Yunayted" və "Ausburq"la oyunlara ciddi hazırlaşmalıyıq. Azarkeşlərimiz üçün yaxşı oyun nümayiş etdirməliyik".

Qeyd edək ki, "Bavariya" çempion olduqdan sonra qələbə qazana bilməyib. Bundesliqada "Hoffenhaym"la 3:3 bərabərə qalan Münhen təmsilçisi Çempionlar Liqasında "Mançester Yunayted"lə 1:1 heç-heçə oynayıb.

Xəbər 840 dəfə oxundu.