Schumacherin pərəstişkarlarından sərt reaksiya
Alman "Die Aktuelle" jurnalın üz səhifəsində Michael Schumacherin həyat yoldaşı ilə gülümsəyən bir fotoşəkilindən istifadə edilərək; "Oyandı" başlığı adı altında verilməsi əfsanəvi Formula 1 pilotunun pərəstişkarlarının qəzəbinə səbəb olub. Pərəstişkarlar bu yanlış başlıq üçün jurnalın bağlanılmasını tələb ediblər.

İdman.com.az saytı xəbər verir ki, bu şəkili görənlər ilk anda əfsanəvi pilotun komadan çıxdığını düşünüblər. Ancaq xəbər Schumacherlə əlaqəli olmayıb. Jurnal isə yalnız uzun müddət komada qaldıqdan sonra sağlam bir şəkildə həyatlarına davam edən insanların hekayələrini burada dərc edib .

Bu isə Schumacherin pərəstişkarlarını hirsləndirib. "Die Aktuellei" jurnalının pul üçün traqik bir hadisəni istifadə etməkdə
günahlandıran çox adam bunun düzgün olmadığını, hətta jurnalın bağlanılmasının lazım olduğunu bildiriblər.

Qeyd edək ki, Michael Schumacher keçirdiyi qəzadan tam 94 gündür ki, komadadır. Uzun müddət süni komada tutulan alman pilotunun oyandırılmasına isə 8 həftə əvvəl başlanılıb. Schumacherin meneceri Sabina Kehm son etdiyi şərhdə, yaxşı inkişafların olduğunu ifadə edərək pərəstişkarları səbirli olmağa çağırıb.

Xəbər 1453 dəfə oxundu.