Vakıfbank yolu yarıladı
Acıbadəm qadınlar voleybol liqasının pley-off oyunlarının 1/4 final mərhələsinin ilk matçında Vakıfbank Bakırköy Bələdiyyəsi Yeşilyurt komandasını 3:0 hesabı ilə məğlub edib.

İdman.com.az saytı xəbər verir ki, bununla da Vakıfbank 1:0 hesabı ilə önə keçib.

Qeyd edək ki, cavab matç isə aprelin 6-da Burhan Fələk voleybol salonunda baş tutacaq.

Xəbər 1005 dəfə oxundu.