Azərbaycan idmançısı Disneylenddə dünya bürüncü qazandı


Dünya çempionatının ilk günü ağırlıqqaldıranlarımız üçün uğurlu oldu


Parisin Disneylend qəsəbəsində start götürmüş ağıra atletika üzrə lisenziya xarakterli dünya çempionatının ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.

Əvvəlcə qadınların Silviya Angelova 30 idmançı arasında 170 kq nəticə ilə 8-ci olub. O birdən qaldırmada 75 kq, təkanla qaldırmada isə 95 kq nəticə göstərib.

Günün ikinci yarısında mübarizə 56 kq çəkidə kişilər arasında təşkil edilib. Azərbaycan idmançısı Valentin Xlıstov uğurla çıxış edərək dünya çempionatının bürünc medalını qazanıb. Maraqlıdır ki, 33 idmançının yarışdığı bu çəkinin final mərhələsində Avropadan yalnız Azərbaycan idmançısı mübarizə aparırdı.

Bu çəki dərəcəsinin ən gənc iştirakçısı olan idmançımız birdən qaldırmada 122 kq, təkanla qaldırmada isə 154 kq çəkini ram edərək dünya çempioantının bürünc medalına sahib çıxdı.

Valentin birdən qaldırmada 6-cı, təkanla qaldırmada 3-cü oldu. Bu da idmançımıza dünya çempionatının bir kiçik və bir böyük medalını qazandırdı.

Bu çəki dərəcəsində ilk iki yeri Çin idmançıları Jinbao Vu (133 kq + 159 kq = 292 kq) və Çajun Zao (128 kq + 156 kq = 284 kq) qazandılar.
Qeyd edək ki, yarışın gedişində dünya çempionatının 1000-ci rekorduna sahib olduğu üçün Azərbaycan idmançısı Eliko firmasının xüsusi mükafatına – layiq görüldü.

İdmançıların mükafatlandırılması mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov da iştirak edib. İdmançımızın boynuna bürünc medalı da elə C.Əsgərov asıb.

İlk iki yeri Çin idmançıları tutduğu üçün, birinci günün yekununa əsasən, Azərbaycan kişilər arasında komanda hesabında hələlik 2-ci yerdədir.

Xəbər 1626 dəfə oxundu.