Soçi Qran-Prisində 3-cü mərhələ
Soçidə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Soçi Qran-Prisi davam edir. Yarışın 3-cü mərhələsində iştirakçılar 22 km məsafəyə fərdi start götürməklə mübarizə aparıblar. "Synergy Baku" üzvlərindən ən yüksək nəticəyə Azərbaycanın Elit yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov imza atıb - o mərhələ qalibinə 2 dəqiqə, 30 saniyə uduzmaqla 23-cü olub.

3 mərhələdən sonra "Synergy Baku" üzvlərindən Aleksandr Surutkoviç liderdən 7 dəqiqə, 47 saniyə geri qalmaqla ümumi sıralanmada 18-ci yerdədir. Qeyd edək ki, yarışda 22 komanda mübarizə aparır.

Xəbər 830 dəfə oxundu.