Kasilyas: "Dortmundda bizi çətin oyun gözləyir"
"Real" (Madrid) klubunun qapıçısı İker Kasilyas dünən Çempionlar Liqasında qalib gəldikləri "Borussiya" (Dortmund) ilə oyunu şərh edib.

AFP-yə danışan ispaniyalı qolkiper Dortmundda onları çətin oyun gözlədiyini bildirib:

"Evdəki oyunda vəzifəmizin öhdəsindən gəldik. Üç cavabsız qol vurduq. Dortmundda bizə çətin olacaq. Səfərdə qələbə qazanacağımızı söyləmək çətindir. Ötən mövsüm heç kəs bizim Dortmundda məğlub olacağımızı gözləmirdi. Bu baxımdan biz cavab matçında daha çox işləməli olacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 8-də Dortmundda keçiriləcək.

Xəbər 761 dəfə oxundu.