Çimərlik futbolu üzrə Azərbaycan millisinin Belarusda təlim-məşq toplanışı keçiriləcək
Aprelin 10-dan 14-dək Belarusun Mozır şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcəkdir.

Hazırlıq prosesi çərçivəsində millimizin Belarus və Ukrayna yığmaları ilə yoldaşlıq oyunları keçirməsi nəzərdə tutulmuşdur.

Toplanışa Zeynal Zeynalov, Emin Kürdov, Orxan Məmmədov, Əli Hüseynov, Elçin Qasımov, Hikmət Bağırov, Vaqif Şirinbəyov, Asif Zeynalov, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Sabir Allahquliyev və Ramil Əliyev dəvət olunmuşlar.

Xəbər 883 dəfə oxundu.