Pike sıradan çıxdı
“Barselona”nın aparıcı müdafiəçisi Jerard Pike sıradan çıxıb.

Çempionlar Liqasında “Atletiko” ilə oyunda zədələnən mərkəz müdafiəçisi 4 həftə yaşıl meydanlarda görünməyəcək.

Pike oyun epizodlarından birində uğursuz yıxılıb. Həkim müayinəsi onun bel sümüyündə çat olduğunu müəyyən edib. 27 yaşlı futbolçu oyuna davam edə bilmədiyindən, Mark Bartra ilə əvəzlənib.

Xəbər 853 dəfə oxundu.