"Qarabağ" AZAL-la oyuna hazırlaşır
"Qarabağ" AZAL-la oyunun hazırlıqlarına başlayıb.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqanın XXIX turunda "təyyarəçi"lərin qonağı olacaq komanda günü tək məşqlə keçirəcək.

"Qarabağ"ın məşqi saat 17:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq. "Qarabağ"ın çalışmasında bütün futbolçuların iştirak etməsi gözlənilir.

Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu aprelin 5-də, saat 17:00-da keçiriləcək.

Xəbər 737 dəfə oxundu.