Mançini Droqbanı istəmir
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini futbolçusu Didye Droqbanı yeni mövsümdə komandasında görmək istəmir.

İtaliyalı mütəxəssis klubun prezidenti Ünal Aysalla görüşdə Fildişi sahilli hücumçunun "Cim-Bom"dakı taleyini müzakirə edib.

Aysal Mançiniyə təcrübəli oyunçu ilə müqaviləni yeniləmək istədiklərini deyib. Mançini isə Droqbanın qol vurmaqda çətinlik çəkdiyini və artıq əvvəlki gücündə olmadığını bildirib. Bu səbəbdən o, Droqbanın klubdan ayrılmasını daha düzgün hesab edib. 49 yaşlı çalışdırıcı qeyd edib ki, gənc futbolçulardan ibarət komanda yaratmaq istəyir.

"Qalatasaray"ın mövsümün sonunda müqaviləsi başa çatacaq Droqba ilə müqaviləni yeniləyib-yeniləməyəcəyi maraqla gözlənilir.

Xəbər 762 dəfə oxundu.