İbrahimoviç: "Çelsi" favoritdir"
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə görüş haqda fikirlərini bölüşüb.

İsveçli forvard Fransa mətbuatına açıqlamasında "Çelsi"nin favorit olduğunu bildirib:

"Çelsi" bu oyunun favoritidir. Onların Çempionlar Liqasında 10 illik təcrübəsi var. Biz isə hələ yeni başlayırıq. Belə turnirlərdə təcrübə böyük üstünlükdür. Biz 8-9 ildən sonra "Çelsi"nin səviyyəsinə gələcəyik".

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 769 dəfə oxundu.