İniyesta: "Atletiko" ilə heç-heçə acı ləzzətdir"
"Barselona"nın yarımmüdafiəçisi Andres İniyesta Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində baş tutan "Atletiko" ilə oyun (1:1) haqda fikirlərini bölüşüb.

AFP-ya danışan ispaniyalı futbolçu yarımfinala çıxmaq şanslarının çətinləşdiyini bildirib:

"Bu heç-heçə acı ləzzətdir. Çünki yarımfinala çıxmaq şansımızı çətinləşdirir. Güclü rəqibə qarşı ağır oyun oldu. Matçın sonlarına doğru açıq futbol getdi. Şəxsən mən özümü yaxşı hiss edirdim və bu oyuna hazır idim. Növbəti oyun bizim üçün çox önəmlidir. Qarşıdakı bütün oyunlarda qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra Madriddə keçiriləcək.

Xəbər 744 dəfə oxundu.