Nuno Qomeş karyerasını başa vurub
“Benfika” və Portuqaliya millisinin sabiq hücumçusu Nuno Qomeş peşəkar futbolçu karyerasını başa vurub. Bu barədə Lissabon klubunun rəsmi saytı məlumat yayıb. Onun sonuncu komandası “Blekbern” olub. 2012/03 mövsümünün sonunda İngiltərə klubunu tərk edən Qomeş o vaxtda işsiz idi. Bundan sonra 37 yaşlı Nuno “Benfika”nın strukturunda klub prezidentinin beynəlxalq əlaqələr üzrə məsləhətçisi vəzifəsini icra edəcək. Qeyd edək ki, Lissabon komandasında 2002-2011-ci illər aralığında 195 oyun keçirib və 65 qol vurub.

Xəbər 884 dəfə oxundu.