Loren Blan: "Eden Hazarddan qorxuram"
PSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə oyun öncəsi fikirlərini bildirib.

O, London klubunun futbolçusu Eden Hazarddan qorxduğunu etiraf edib:

"Hazardın oyunu çox bəyənirəm. "Çelsi"yə transfer olduqdan sonra o, daha da möhtəşəm oyun nümayiş etdirir".

L.Blan rəqib haqda da müsbət fikirlər səsləndirib: "Çelsi" həm müdafiə, həm də hücumda yaxşı oynayan komandadır. Onlar çox az qol buraxan, biz də daha çox qol vuran komandayıq. Maraqlı bir matç olacaq".

Qeyd edək ki, PSJ - "Çelsi" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 759 dəfə oxundu.