Qvardiola: "1:1 təhlükəli hesabdır"
"Nəticədən razıyam, komandamı təbrik edirəm. "Mançester Yunayted"in dünyanın ən yaxşı komandalarından olduğunu unutmamalıyıq. Səfərdə vurduğumuz bir qol çox önəmlidir. Runi və Uelbek qol imkanlarından yararlana bilmədiyi üçün şanslıyıq".

Bu sözləri "Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"lə oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis komandasının yarımfinala adlayacağına əmin olduğunu bildirib: "Buraxdığımız qolda müdafiə olunmaq çətin idi. Müdafiəyə qapanan komandalara qarşı oynamaq asan deyil. Münhendə buna bir çarə tapıb-tapmayacağımızı görəcəyik. Cavab matçına 1:1-lik hesabla çıxmaq təhlükəlidir. Ancaq hesab 2:1 də olsaydı, bizim üçün yenə təhlükəli sayılacaqdı. Yarımfinala yüksəlməyə çalışacağıq. Əminəm ki, bunu bacaracağıq. Oyunçularıma güvənirəm və ümid edirəm ki, azarkeşlərimiz rəqibi təzyiq altında saxlayacaqlar".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra Münhendə keçiriləcək.

Xəbər 796 dəfə oxundu.