Pikenin son durumuna aydınlıq gəldi
Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində "Atletiko" ilə matçda zədələnən Xerard Pikenin son durumu məlum olub.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ispan müdafiəçi bir aylıq sıradan çıxıb.

Beləliklə, o, "Atletiko" ilə cavab qarşılaşmasını və İspaniya kubokunda "Real"la matçı buraxmalı olacaq. Pikeni Bartranın əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona" - "Atletiko" görüşü 1:1 hesabı ilə başa çatıb.

Xəbər 717 dəfə oxundu.