Borussiya Dortmund Kolumbiya yığmasının forvardını transfer etdi | |
Hertanın hücumçusu Adrian Ramos yayda Dortmunda keçəcək. Kolumbiyalı forvardın transferi 10 milyon avroya reallaşacaq. Onunla 2017-ci ilə qədər müqavilə imzalanacaq. Futbolçunun məvacibi 2,8 milyon avro olacaq.Bu mövsüm Ramos bundesliqanın 28 oyununda 16 qol vurub. Xatırladaq ki, yayda Borussiyanın forvardı Robert Levandovski Bavariyaya keçəcək. | |
Xəbər 970 dəfə oxundu. |
|
|