“Cəsurlar” hərbi idman və turizm oyunun final mərhələsi keçirilib
Xəzər rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Martın 27-də böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında kömək göstərilməsi məqsədi ilə rayon məktəbliləri arasında “Cəsurlar” hərbi idman və turizm oyunun final mərhələsi keçirilib.

230 saylı orta məktəbin idman bazasında 210 nəfəriniştirakı ilə keçirilən yarışda rayonun 30 tam orta məktəbi iştirak edib.

Yekun nəticələrə görə, birinci yerə 92, ikinciyə 149, üçüncüyə 117 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1063 dəfə oxundu.