İdman gimnastları ölkə çempionatında yarışırlar

Bu gün Bakı Gimnastika Məktəbində idman gimnastikası üzrə Azərbaycan çempionatına start verilib. idman.com.az saytı xəbər verir ki, yarışlarda Bakı Gimnastika Məktəbi və Respublika Olimpiya İdman Liseyinin idmançıları ilə yanaşı, həmçinin Sumqayıt gimnastları da qüvvələrini sınayacaqlar. Ümumilikdə turnirdə 42 gimnast öz bacarığını nümayiş etdirəcək.
Yarışın ilk günündə senior, son günündə isə yunior idmançılar çoxnövçülükdə medal uğrunda mübarizə aparacaqlar. Gimnastlar altı alətdə – turnikdə, dəstəli atda, paralel qollarda, halqalarda, dayaqlı tullanmada və azad hərəkətlərdə çıxış edəcəklər.
Çempionata sabah yekun vurulacaq.

Xəbər 1299 dəfə oxundu.