Moyes: "Mərhələni adlamaq şansımız çoxdur"
"Cavab görüşündə qol vurmağa məcburuq. "Bavariya" çox güclü rəqibdir. Səfərdə xüsusi bir taktika seçməliyik".

Bu sözləri "Mançester Yunayted"in baş məşqçisi David Moyes ÇL-ın 1/4 final mərhələsində "Bavariya" ilə qarşılaşmadan sonra deyib.

Televiziya kanallarından birinə danışan şotlandiyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmanı belə dəyərləndirib:

"Bu axşam döyüşən və cavab matçı üçün şansını saxlayan bir komanda olmaq istədik. Məncə, bunu bacardıq. Rəqib meydanında qələbə qazanaraq, mərhələni adlamaq şansımız çox yüsəkdir".

Xəbər 781 dəfə oxundu.