"Bavariya"da ciddi itki
Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə "Mançester Yunayted"lə qarşılaşan "Bavariya" ciddi itki ilə üzləşib.

Münhen təmsilçisi cavab qarşılaşmasında aparıcı futbolçusu Bastian Şvaynştaygerin xidmətindən yararlana biməyəcək. Belə ki, alman yarımmüdafiəçi qarşılaşmanın 90-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, 1:1 hesablı bərabərliklə başa çatan görüşdə "Bavariya"nın yeganə qolunu Şvaynştayger vurub.

Xəbər 766 dəfə oxundu.