Evra İtaliyada oynamaq istəyir
"Mançester Yunayted"in müdafiəçisi Patris Evra yeni mövsümdən İtaliya A Seriyasında oynamaq istəyir.

Bu barədə futbolçunun meneceri Federiko Pastorello deyib.

Pastorello fransız futbolçunun "Mançester Yunayted"də qalacağını da istisna etməyib: "May ayında Evranın 33 yaşı tamam olacaq. Buna baxmayaraq o, daha 3-4 il oynamaq istəyir. "Roma" və "İnter"? Onunla söhbətləşirəm və A Seriyada oynaması mümkündür. Ancaq Evra "Mançester Yunayted"də də qala bilər. Hələlik Patris son qərarını verməyib".

Qeyd edək ki, Evra 2006-cı ildən "Mançester Yunayted"in şərəfini qoruyur.

Xəbər 765 dəfə oxundu.