Moyes: "Ancaq qələbə qazanmağı düşünürük"
"Mançester Yunayted"in baş məşqçisi David Moyes Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə oyun öncəsi açıqlama verib.

Şotlandiyalı mütəxəssis ancaq qələbə qazanmağı düşündüklərini deyib:

"ÇL-də indiyə kimi istədiyimizə nail olmuşuq. Bu oyunda da qalib gəlmək istəyirik. Digər klublar kimi güclü olduğumuzu hər kəsə sübut etməliyik. Futbolçularıma inanıram. Almaniyaya üstün tərəf biz olaraq getməyi düşünürük. "Bavariya"nın necə güclü komanda olduğu göz qabağındadır. Əimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

Xəbər 738 dəfə oxundu.