Hakimimiz Avropa yarışlarında
Basketbol üzrə beynəlxalq dərəcəli hakimimiz Ələkbər Həsənov bu ay Avropa miqyaslı üç yarışda ədalət təmsilçisi kimi iştirak edəcək. idman.com.az saytı xəbər verir ki, Ə.Həsənov noyabrın 2-də və 16-da Rusiyanın Yekaterinburq (UMMC Yekaterinburq - VİCİ Aistes) və Türkiyənin İstanbul (“Fənərbağça” – “Nadejda”) şəhərlərində keçiriləcək qadınlar arasında Avroliqa yarışlarında hakimlik edəcək. Hakimimiz noyabrın 15-də Türkiyənin İstanbul (“Beşiktaş Milanqaz” - Armia) şəhərində təşkil olunacaq AvroCelenc oyunlarına da təyinat alıb.

Xəbər 1115 dəfə oxundu.