"Arsenal" "Qalatasaray"a rəqib oldu
"Qalatasaray"ın transfer hədəfində olan PSJ-nin hücumçusu Ezekiel Lavezziyə daha bir komanda "elçi" düşüb.

"Arsenal" klubu da argentinalı futbolçu ilə yaxından maraqlanır.

"Topçular"ın baş məşqçisi Arsen Venger artıq bu barədə rəhbərliyə məlumat verib. PSJ-də Zlatan İbrahimoviç və Edinson Kavaniyə rəqabətdə uduzan 28 yaşlı futbolçunun mövsümün sonunda komandadan ayrılmaq istədiyi bildirilir. Lakin Lavezzinin hansı komandanı seçəcəyi maraqla gözlənilir.

Xəbər 786 dəfə oxundu.