Suarez "Liverpul"un tarixinə düşdü
"Liverpul"un futbolçusu Luis Suarez klubun tarixinə düşüb.

Uruqvaylı hücumçu "Tottenhem"lə matçda bir dəfə fərqlənərək bu mövsüm 29-cu qolunu vurub.

Bununla da o, Premyer Liqada bir mövsümdə ən çox qol vuran "Liverpul" futbolçusu olub.

Qeyd edək ki, ölkə çempionatının bitməsinə 7 tur qaldığı üçün Suarezin qollarının sayını artıracağı gözlənilir.

Xəbər 710 dəfə oxundu.