6 komanda Bakıda yarışacaq

Noyabrın 8-dən 12-dək Bakıda voleybol üzrə Avropa Olimpiya Təsnifatqabağı turnir keçiriləcək. idman.com.az saytı xəbər verir ki, 6 komandanın iştirak etdiyi turnirdə millimiz «B» qrupunda mübarizə aparacaq (Azərbaycan, Bolqarıstan, Danimarka). «A» qrupunda isə Macarıstan, Ukrayna və Çexiya milliləri qarşılaşacaqlar.
Oyunlar Bakı İdman Sarayında keçiriləcək.
Yarışların təqvimi:
Bolqarıstan-Danimarka (08.11.2011. 16:00)
Macarıstan-Ukrayna (08.11.2011. 18:30)
Çexiya-Macarıstan (09.11.2011. 16:00)
AZƏRBAYCAN-Bolqarıstan (09.11.2011. 18:30)
Ukrayna-Çexiya (10.11.2011. 16:00)
Danimarka-Azərbaycan (10.11.2011. 18:30)
1A-2B (11.11.2011)
2A-1B (11.11.2011. 18:30)
Final (12.11.2011. 18:30)
Analoji olaraq digər Avropa Olimpiya Təsnifatqabağı turnirlər Rusiya və Xorvatiyada keçiriləcək. Kazan şəhərində Rusiya, Slovakiya, Belçika, Rumıniya, Avstriya, İspaneiya, Split şəhərində Xorvatiya, Hollandiya, Fransa, İsveç, İsrail, Yunanıstan milliləri qarşılaşacaqlar.
Bakı, Kazan və Splitdə keçirilən yarışların qalibləri aprelin 30-dan mayın 7-dək Türkiyədə keçiriləcək Avropa Olimpiya Təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.

Xəbər 960 dəfə oxundu.