"Bavariya"da ciddi itki
"Bavariya"nın futbolçusu Tiaqo Alkantara altı həftə yaşıl meydanlardan uzaqda qalacaq.

Bundesliqada "Hoffenhaym"la matçda zədələnən ispan yarımmüdafiəçi tibbi müayinədən keçib. Onun zədəsinin ciddi olduğu müəyyənləşib.

UEFA rəsmi saytı T.Alkantaranın Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə hər iki matçda iştirak edə bilməyəcəyini açıqlayıb.

Münhen təmsilçisinin baş məşqçisi Xosep Qvardiola yaxın günlərdə əməliyyat olunacaq Alkantaranın yoxluğunu hiss edəcəklərini deyib.

Qeyd edək ki, ötən yay "Barselona"dan "Bavariya"ya transfer olan Alkantara bu mövsüm 27 matçda iştirak edib və 3 qol vurub.

Xəbər 700 dəfə oxundu.