"Mançester Yunayted" David Moyesin əvəzləyicisini müəyyənləşdirib
"Mançester Yunayted" azarkeşlərin istefaya göndərilməsini tələb etdiyi baş məşqçi David Moyesin əvəzləyicisini müəyyənləşdirib.

İngiltərənin "Daily star" qəzeti yazıb ki, mövsümün sonunda şotlandiyalı mütəxəssisin yerinə "Real"ın hazırkı çalışdırcısı Karlo Ançelotti keçəcək.

Xəbərdə Madrid klubunun La Liqada son oyunlarda xal itirərək çempionluq şanslarının çətinə saldığı qeyd olunub. Bu səbəbdən italiyalı məşqçi ilə mövsümün sonunda yolları ayırmağın mümkünlüyü yazılıb. Ançelottinin növbəti iş yerinin "Mançester Yunayted" olacağı iddia edilib.

Xəbər 753 dəfə oxundu.