"Qalatasaray" Mançini ilə bağlı yekun qərarını verdi
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini yeni mövsümdə də komandanı çalışdıracaq.

Azarkeşlərin italiyalı mütəxəssisin istefaya göndərilməsini tələb etməsinə baxmayaraq, klub rəhbərliyi hazırkı baş məşqçi ilə yolları davam etməyi qərara alıb.

Qeyd edək ki, belə bir qərar klubun prezidenti Ünal Aysalla Roberto Mançinin görüşündə verilib. Görüş zamanı Aysal təcrübəli mütəxəssisə inandıqlarını və onunla əməkdaşlığı davam etdirmək istədiklərini bildirib. Mançini isə Aysala "Qalatasaray"ın daha uğurla çıxış edəcəyinə söz verib. O vurğulayıb ki, "Cim-Bom" yalnız "Çelsi" ilə matçda pis oyun nümayiş etdirib. Mançini həmçinin azarkeşləri bir qədər səbirli olmağa çağırıb.

Qeyd edək ki, 26 turdan sonra Türkiyə çempionatında üçüncü yeri tutur və ehtiyatında bir oyun az olan lider "Fənərbaxça"dan səkkiz xal geri qalır. Komanda Çempionlar Liqasında mübarizəni dayandırıb, ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə isə "Bursaspor"a qalib gələ bilməyib (2:2). Bu uğursuz nəticələr azarkeşlərin böyük əksəriyyətinin etirazına səbəb olub və onlar Mançinin "Qalatasaray"dan göndərilməsini istəyib.

Xəbər 1030 dəfə oxundu.