Valdes "Barselona" ilə müqaviləni yeniləyəcəkmi?
"Barselona" mövsümün sonunda müqaviləsi başa çatacaq Viktor Valdesin klubdan ayrılmasını istəmir.

Zədəsi səbəbindən qarşıdakı altı ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən qolkiper başqa bir kluba transfer olmaqdan imtina etsə, Kataloniya təmsilçisi Valdesə yeni müqavilə təklif edəcək. Mövsümün sonunda "Barsa"dan ayrılacağını açıqlayan 32 yaşlı qapıçının qərarını dəyişdirib-dəyişdirməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Valdeslə "Mançester Siti" və "Monako"nun yaxından maraqlandığı bildirilir.

Xəbər 810 dəfə oxundu.