Ronaldo zədə ilə oynayır
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldonun diz vətərlərində ağrıları davam edir.

Portuqaliyalı futbolçunun zədəsi ciddi olmasa da, oyunboyu ona problemlər yaşadır.

Ronaldonun konkret olaraq hansı epizodda zədələndiyi məlum deyil. Bununla belə, həkimlər ona Çempionlar Liqasının 1/8 finalının "Şalke" ilə cavab qarşılaşmasında meydana çıxmasını məsləhət görməmişdilər.

Hazırda Ronaldo hər gün fizioterapevt nəzarətində olur və məşqlərdə tam gücü ilə iştirak etmir.

Xəbər 796 dəfə oxundu.