"Milan" "Real"ın qapıçısını istəyir
"Real" (Madrid) klubunun qapıçısı Dieqo Lopez mövsümün sonunda komandasını dəyişə bilər.

İspan qolkiperlə "Milan" klubu yaxından maraqlanır.

Yaxın günlərdə Milan təmsilçisi "Real"a rəsmi təklif göndərəcək. Madrid klubunda İker Kasilyası əsas heyətdən kənarlaşdıran Lopezin "Milan"ın təklifini necə qarşılayacağı maraqla gözlənilir.

Qeyd edək ki, Lopez bu mövsüm 46 oyunda "Real"ın qapısını qoruyub.

Xəbər 778 dəfə oxundu.