Sərbəst və yunan-Roma güləşləri üzrə yığma komandamızın mətbuata açıq məşqi keçirilib
Martın 28-də Olimpiya Güləş Mərkəzində Avropa çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaların mətbuata açıq məşqi keçirilmişdir.

Məşqçilər korpusu tərəfindən aprelin 1-dən 6-dək Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatında iştirak edəcək sərbəst və yunan-Roma güləşlərinə dair yığma komandalarımızın heyəti müəyyənləşdirilmişdir. Sərbəst güləş üzrə yarışlarda ölkəmizi Qalib Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

Azərbaycan yığma komandası çempionatda baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında mübarizə aparacaqdır.

Yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Cəmşid Xeyrabadinin rəhbərliyi altında məşqçilər korpusu Kamran Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcəkdir.

Xəbər 863 dəfə oxundu.