"Çelsi"dən İquainə 50 milyon funt-sterlinq
İngiltərənin "Çelsi" klubu yeni mövsümdə hücum xəttini gücləndirməyi planlaşdırır.

London təmsilçisi "Napoli"nin forvardı Qonzalo İquainə "elçi" düşüb.

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yenidən sabiq futbolçusu ilə çalışmaq istəyir. "Zadəganlar" argentinalı futbolçunun transferi üçün qarşı tərəfə 50 milyon funt-sterlinq ödəməyə hazırdır. Lakin Neapol klubu da İquani satmaq niyyətində deyil.

Qeyd edək ki, İquain bu mövsüm A Seriyada çıxdığı 26 oyunda 14 qola imza atıb.

Xəbər 825 dəfə oxundu.