Birinci dəstənin oyunlarına yekun vurulub

Heydər Əliyev adına İdman-Konsert Kompleksində basketbol üzrə kişilər arasında XIX Azərbaycan çempionatının birinci dəstəsinin yarımfinal və final oyunları keçirilib. Yarımfinalda 7-8 yerlər uğrunda Şəki - AzDNA 55:72 (22:20, 10:20, 14:18, 19:14), 5-6 yerlər uğrunda Gəncə - Cəlilabad 77:60 (17:13, 14:19, 16:15, 30:13) komandaları görüşüblər. Hər qrupda birinci yer tutan komanda digər qrupun ikinci yerə layiq görülən komandasıyla garşılaşıb: AZTOP - BDU 73:67 (20:23, 18:18. 18:10, 17:16) və AzTU - Naxcıvan Türk Liseyi 80:75 (14:20, 13:17, 18:14, 22:15; 14:9).

Finalda 3-4 yerlər uğrunda BDU - Naxcıvan Türk Liseyi 58:66 (24:9, 12:14, 10:27, 12:16) və 1-2 yerlər uğrunda AZTOP - AzTU 60:62 (9:10, 11:19, 16:17, 24:12) mübarizə aparıblar.

I yer - AzTU
II yer - AZTOP
III yer - Naxcıvan Türk Liseyi
IV yer - BDU
V yer - Gəncə
VI yer - Cəlilabad
VII yer - AzDNA
VIII yer - Şəki

Xəbər 1336 dəfə oxundu.