"Beşiktaş"ın hücumçusu "Milan"ın hədəfində
"Beşiktaş" klubunun hücumçusu Hüqo Almeydaya növbəti təklif İtaliyadan gəlib.

"Milan" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.

Hücum xəttində ciddi problemlər yaşayan "Milan" klubunun rəhbərliyi bu boşluğu Almeyda ilə doldurmaq niyyətindədir. Lakin futbolçu ilə "Atletiko" (Madrid) və "Verder" (Bremen) klublarının yaxından maraqlanması "Milan"ın işini çətinə salıb. "Beşiktaş" klubu da 29 yaşlı futbolçunu komandada saxlamağı planlaşdırır.

Qeyd edək ki, 2011-ci ildən "Beşiktaş"da çıxış edən Almeyda keçirdiyi 80 görüşdə 36 qola imza atıb.

Xəbər 791 dəfə oxundu.