Martino: "Valdesin zədələnməsi ciddi itki oldu"
"Barselona"nın baş məşqçisi Xerardo Martino futbolçusu Viktor Valdesin zədələnməsinə çox təəssüflənib.

Argentinalı mütəxəssis ispan qolkiperin uzun müddətlik sıradan çıxmasının onlar üçün ciddi itki olduğunu deyib:

"Valdesin zədələnməsi ciddi itki oldu. Ancaq komandamız itkilərə baxmayaraq, uğur əldə edə biləcək gücə malikdir. Mövsümün əvvəlindən belə problemlərlə qarşılaşmışıq".

Martino onu da qeyd edib ki, mövsümün sonuna qədər Kataloniya klubunun qapısını klubun digər qolkiperləri - Pinto və Oyer qoruyacaq.

Xəbər 783 dəfə oxundu.