"Yuventus" "Borussiya"nın futbolçusunu istəyir
"Borussiya" (Dortmund) klubunun müdafiəçisi Mats Hummelsə təkliflər gəlməkdə davam edir.

Bu dəfə "Yuventus" klubu almaniyalı futbolçuya "elçi" düşüb.

Turin təmsilçisi artıq 25 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb. Lakin Hummelslə "Barselona" və "Mançester Yunayted"in də maraqlanması "Yuventus"un işini çətinə salıb. Dortmund klubu da Hummelsi yalnız yüksək məbləğ qarşılığında satacaqlarını açıqlayıb. Bu üç komandadan hansının yüksək məbləğindən keçəcəyi maraq doğurur.

Qeyd edək ki, 2009-cu ildən "Borussiya"nın şərəfini qoruyan Hummels keçirdiyi 138 oyunda 14 qola imza atıb.

Xəbər 896 dəfə oxundu.