Həndbol üzrə Respublika zona birinciliyi
17-22 mart tarixlərdə Astara Olimpiya İdman Komplesində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Rayon Gənclər və idman İdarəsi, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələrin IX Respublika Oyunları proqramına daxil olan Həndbol üzrə 1999-2000-ci il təvəllüdlü oğlan komandaları arasında Respublika zona birinciliyi keçirilib.

Yarışda Astara, Lənkəran, Masallı, Cəlilabad, Neftçala, İsmayıllı, Şirvan, Biləsuvar rayon komandaları mübarizə aparıblar.

Sonda birinci, ikinci və üçüncü yerlərə müvafiq olaraq İsmayıllı, Astara və Şirvan rayon komandaları layiq görülüblər.

Fəxri yerləri qazanan komandalar 2014-cü ilin iyun ayında keçiriləcək Respublika final yarışında iştirak etmək hüququ qazanıblar.

Xəbər 931 dəfə oxundu.